Bakıda azyaşlı uşaqlar yol qəzasında xəsarət alıblar. Bu haqda 20 iyun tarixində Report məlumat verib.
Sabunçu rayonu, Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 10 yaşlı Murad Qasımov və onun həmyaşıdı olan Ülkər Zeynalova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.