Paytaxtın Binəqədi rayonunda atvoqəza qeydə alınıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Report.az xəbər yayıb.
45 yaşlı Sona Mirişova yolu keçərkən avtomobillə vurulub. Xəstəxanaya çatdırılan yaralıya sağ ayağın sınığı diaqnozu qoyulub.
Oxşar hadisə Nərimanov rayonunda baş verib. Bu barədə APA xəbər yayıb. “Mercedes” markalı mikroavtobus avtomobil yoluna çıxan 43 yaşlı Ramiz Qasımovu vurub. Xəsarət alan xəstəxanaya çatdırılıb.