Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 27 sentyabr tarixində “Report” xəbər verib.
25 yaşlı Elməddin İsmayılov ehtiyatsızlıq nəticəsində yıxılıb və göz nahiyəsi yol kənarındakı səkiyə dəyib.
Yaralı ağır xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılaraq dərhal əməliyyata götürülüb.
Əməliyyatdan sonra İsmayılovun bir gözünün görmə qabiliyyətini itirməsi müəyyən olunub.
O, hazırda həkim nəzarəti altındadır.