Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 18 may tarixində xəbər verir.
Sabunçu körpüsünün üzərində taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün qarşıda hərəkət edən “KİA” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində “KİA”-nın sürücüsü, 26 yaşlı Nuranə Bağırova xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralıya müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.