Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 15-ci Polis Bölməsində intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 may tarixində APA məlumat verib.
Verilən məlumata əsasən, 28 yaşlı Təbriz Abbasov saxlanılaraq polis bölməsinə gətirilib. Həmin zaman Abbasov binanın ikinci mərtəbəsindən özünü pilləkəndən atıb. Hadisə nəticəsində o, polis əməkdaşlarının köməkliyi ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Yaralı polisin nəzərəti altında qalır.
Hadisə araşdırılır.