Ötən gün Yasamal rayonunda zəncirvari qəza baş verib. Bu haqda 30 iyun tarixində Bakuplus.az məlumat verir.
İnşaatçılar prospekti, Statistika dairəsinin yaxınlığında “Mercedes”, “Nissan” və “Ford” markalı minik avtomobilləri toqquşub. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Qəza zamanı xəsarət alan olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
[video width="640" height="640" mp4="https://bakuplus.az/storage/photos/2022/06/video2-1.mp4"][/video]