Paytaxtın Yasamal rayonunda oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Soyğunçuluq üstündə tutulan R.Qasımov rayon ərazisində aptekdən 500 manat və mobil telefon oğurlamaqda da şübhəli bilinir.
Daha iki nəfər paytaxtın Nizami rayonunda Bakı şəhər sakini L.Sadıqovaya zor tətbiq edərək telefonunu almaqda şübhəli bilinərək saxlanılıblar. Onların Bakı şəhər sakini K.Fərhadlı və Zəngilan rayon sakini V.Əlizadə olduqları müəyyən edilib.
Hər iki faktla bağlı araşdırmalar davam edir.