Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan məhəlləsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda APA bu gün, 15 yanvar tarixində məlumat verib.
Dava zamanı 34 yaşlı Allahverdi Mustafayev naməlum şəxs tərəfindən bıçaqla yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.