Bakıda məşhur ginekoloq-həkim özünü binadan ataraq həyatına son qoyub. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 28 iyun tarixində xəbər verir.
İki uşaq anası olan tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonu, İnşaatçılar prospektində yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.
O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.