Sabunçu rayonunda qəza baş verib. Bu haqda 19 aprel tarixində Oxu.az xəbər verib.
Zabrat qəsəbəsində 99 MT 475 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı minik avtomobili 10 FP 491 nömrə nişanlı “KamAZ”-a çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər müxtəlif xəsarətlər alıb və onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralılardan biri qadın, üçü isə kişidir.
Faktla bağlı araşdırma davam edir.