Bakıda mağazadan oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 7 iyul tarixində xəbər verir.
Nizami rayonu ərazisindəki mağazaların birindən 6 min manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.