Bakıda baş vermiş yol-nəqliyyat hadisəsində 70 yaşlı qadın xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən 18 fevral tarixində xəbər verir.
Paytaxtın Yasamal rayonu ərazisində yolu keçməyə çalışan 70 yaşlı Zemfira Vahidovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.