Bakıda ana 7 yaşlı qızı ilə birgə yoxa çıxıb. Bu haqda 24 iyun tarixində Lent.az məlumat verib.
28 yaşlı Gülnur Qarayeva və onun 7 yaşlı qızı Miray Osmanova iyunun 18-də Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən "Seul" gözəllik salonundan çıxıblar və bir də onları heç kim görməyib.
Faktla bağlı araşdırma aparılır.
15:35 - Yenilənib
Bakıda itkin düşən ana və qızı tapılıb.