Paytaxt ərazisində hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində T.Nəcəfov saxlanılıb.
O, bir qadının görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 500 manatını almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.