Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən 17 fevral tarixində xəbər verir.
Bakıda aeroport şosesinin Sabunçu rayonundan keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan “Renault” markalı avtomobilin ön sol çarxı qəfildən sıradan çıxıb.
İdarəetməni itirən sürücü sükana nəzarəti itirərək digər zolaqda hərəkətdə olan “Ford” markalı maşına çırpılıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.