Bakıda piyadanın ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 17 may tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun qarşı tərəfinə keçmək istəyən 28 yaşlı Sirac Zeynalovu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.