Sabunçu rayonu, Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsində iki uşaq ağır xəsarət alıb. Bu haqda bu gün, 21 may tarixində APA məlumat verib.
Gülçülük sovxozu ərazisində yol kənarı ilə gədən 15 yaşlı Şəmsiyyə Gülməmmədli və onun 12 yaşlı bacısı Gülzar Gülməmmədlini avtomobil vurub.
Hər iki qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.