Bakının Xətai rayonu, Babək prospektində motosikletçi yol qəzasında ağır xəsarətlər alıb. Bu haqda bu gün, 17 fevral tarixində Report məlumat verib.
28 yaşlı İlkin Cəfərov motosikleti idarə edərkən avtomobillə toqquşub. Daha sonra avtomobil motosikletçinin üzərindən keçib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.