Bakıda avtomobildən 10 min manatdan çox pul oğurlayan şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə bir nəfər vətəndaş müraciət edərək bildirib ki, İ.Qutqaşınlı küçəsində onun idarə etdiyi avtomobildən içərisində 10.530 manat olan çanta və 200 manat dəyərində mobil telefonu oğurlanıb.
Əməliyyat-axtarış nəticəsində əvvəllər məhkum olunmuş Məmmədəli Abbasov saxlanılıb. O, törətdiyi əməlini etiraf edib. Onun oğurladığı pulun bir qismi yaşadığı ünvandan aşkar edilərək götürülüb. Faktla bağlı istintaq davam etdirilir.