Paytaxtda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oğurluq Nəsimi rayonun ərazisində “Tofaş” markalı avtomobildən mobil telefonu oğurlanıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən H.Yunusov saxlanılıb.
Əlavə olaraq bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Ç.Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.