Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 may tarixində xəbər verir.
Mayın 5-də saat 01:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində paytaxt sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.