Bakının Xətai rayonu ərazisində “Toyota” və “Volkswagen” markalı avtomobillərdən mobil telefon, içərisində pul və bank kartı olan pulqabı oğurlanıb. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, həmçinin bu avtomobillərlə yanaşı, “Mercedes” markalı avtomobildən oğurluğa cəhd göstərilib.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməllərdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıblar, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib. Araşdırma davam edir.