Yasamal rayonunda avtoyuma məntəqəsində avtomobildən oğurluq olub. Bu haqda 20 yanvar tarixində Report məlumat verib.
Yanvarın 13-də A.Şərifzadə küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “KIA” markalı avtomobildən 1200 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.