Bu gün, 23 noyabr, gecə saatlarında paytaxtın Yasamal rayonunda yol qəzası qeydə alınıb. Bu haqda APA məlumat verib.
Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Chevrolet” markalı avtomobil “KİA” markalı maşına çırpılıb.
“KİA” avtomobilini idarə edən qadın xəsarət alıb. Şahidlərin sözlərinə görə, “Chevrolet” avtomobili “ayıq sürücü” xidmətinin işçisi olub.
Faktla bağlı araşdırma aparılır.