Sabunçu rayonunda gənc oğlan kafedə bıçaqlanıb. Bu haqda 25 mart tarixində Report məlumat verib.
Balaxanı qəsəbəsində kafelərin birində dava zamanı 19 yaşlı İlham İsazadə bıçaqlanıb. Yaralı 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. İsazadə əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.