Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 9 saylı poliklinikada yanğın törədən 40 yaşlı Rüfət Rəhimov saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.
15:01 - Bakıda baş həkimin otağı xəstə tərəfindən yandırılıb
Bakıda xəstə həkimin otağını yandırıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğının söndürülməsinə çalışılır. Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.