Bakı sakininin bank kartından pul oğurlayan şəxslər Yasamal rayonunda tutulub. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxt sakini Tehranə Qasımova və qardaşı, Şəki rayon sakini Teymur Davudov zərərçəkənin 3000 manat pulunu mənimsəməkdə şübhəli bilinirlər.
Faktla bağlı araşdırma davam edir.