Bakıda 3 avtomobildə yanğın olub. Bu haqda BakuPlus.az 3 fevral tarixində xəbər verir.
Sabunçu rayonunda “КамАЗ” və "Shacman" markalı iki yük avtomobilinin kabinə hissəsi yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Nizami rayonunda isə “Opel” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.Yanğın FHN-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hər üç avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.