Paytaxtın Yasamal rayonunda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb. Bu haqda bu gün, 11 dekabr tarixində Report məlumat yayıb.
E.Quliyev qohumu Bakı şəhər sakini R.Rəhmanovu hədələyərək 100.000 ABŞ dolları tələb etməkdə şübhəli bilinir.
O, Nəsimi rayonu ərazisində yerləşən restoranların birində zərərçəkəndən 10.000 ABŞ dolları alarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.