Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, oktyabrın 5-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.