Paytaxtda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.