Paytaxtın Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin mətbəxi 15 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub.