Bakıda avtobusda cibgirlik edən şəxs tutulub. Bu haqda Report xəbər verib.
4 fevral tarixində paytaxtın Yasamal rayonu ərazisində “Daewoo” markalı marşrut avtobusunda Bakı şəhər sakini A.Dəllalianın mobil telefonunu soyğunçuluq yolu ilə almaq və avtobusdan düşərək qaçmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.