Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu barədə 23 sentyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 21-də Suaraxanı rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlanıb.
Polisin əməliyyat-axtarış tədbirlərindən sonra, əvvəllər məhkum olunmuş N.Məmmədov, şübhəli şəxs qismində saxlanılıb.
Həmçinin axtarış zamanı onun üzərindən marixuana aşkar edilib.