Bakıda dələduzlara qarşı əməliyyatlar aparılıb. İki nəfər saxlanılıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ötən ilin mart ayında Yardımlı rayon sakini olan bir nəfərin 9000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Səfariz Mehdiyev Xəzər rayonunda saxlanılıb.
Həmçinin iyunun 10-da Bakı şəhər sakini olan bir nəfərin 4000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Piroğlan Vəlibəyov Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.