Paytaxtın Yasamal rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 21 yanvar tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.
Rayon ərazisində saxlanılan 8 nəfərdən ümumilikdə 25 kiloqramdan artıq narkotik maddə aşkar olunaraq dövriyyədən çıxarılıb.
Şübhəli şəxslər narkotik satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Hazırda onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin axtarışı davam edir.