Nizami rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda 28 dekabr tarixində APA məlumat verib.
Qara Qarayev prospektində naməlum şəxslər 17 yaşlı Adil Əliyevi əlbəyaxa dava zamanı bıçaqlayıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.