Paytaxt ərazisində DYP-yə məxsus patrul maşını qəza şəraiti yaradıb. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Yusif Səfərov küçəsindən 28 May küçəsinə dönən YPX-nin patrul maşını qəfil manevr edərək hərəkət istiqamətini dəyişib. Bu zaman arxadan gələn “Toyota Prius” markalı nəqliyyat vasitəsinə təhlükə yaradıb.
Qeyd edək ki, manevr edərkən YPX avtomobilinin sayrışan işıqları qoşulmayıb.
YPX avtomobilləri xüsusi nəqliyyat vasitələri hesab olunur və zəruri hallarda qayda pozaraq hərəkət etmələrinə qanunla icazə verilir. Bu zaman sayrışan işıq və səs siqnalı qoşulmalı, həmçinin təhlükəsizlik qaydalarına əməl edilməlidir.