Bakıda oğurluq edən 4 şəxs saxlanılıb. Bu haqda 27 oktyabr tarixində Report xəbər verib.
Yasamal rayonunda oktyabrın 24-də evlərin birindən 3000 ABŞ dollar, antik samovar və qızıl-zinət əşyalar oğurlanıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunmuş T.Zeynalov saxlanılıb.
Digər bir oğru Qaradağ polis tərəfindən saxlanılıb. Sentyabrın 13-də rayon ərazisindəki oyun zallarının birindən 5440 manat dəyərində 8 ədəd prosessor, 2 ədəd monitor və 30 ədəd yaddaş qurğusu oğurlayan Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayevı saxlanılıb.
Hər iki faktla araşdırma davam edir.