Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.Bu barədə 27 sentyabr tarixində Apa.az məlumat verib.
17 sentyabr tarixində Binə qəsəbəsində mənzildən 7100 manat pul oğurlayan R.Səfərov Xəzər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqdan sonra məlum olub ki, Səfərov həmçinin Suraxanı rayonunda iki evdən 13.800 manat dəyərində qızıl-zinət əşyaları və 1950 manat pul oğurlayıb.
Faktlarla bağlı araşdırma davam edir.