Bakıda evlərdən ümumi 23 min manatlıq oğurluq edən 3 şəxs saxlanılıb. Bu haqda 20 noyabr tarixində Report məlumat verib.
Yasamal rayonunda evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.
Nəsimi rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat, 1100 manat dəyərində məişət və geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Akinfiyev tutulub.
Polisin keçirdiyi digər əməliyyat nəticəsində Sabunçu rayonunda mənzildən 1000 manat və 900 ABŞ dolları pul, həmçinin 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılıb.
Hər 3 faktla bağlı araşdırmalar aparılır.