Paytaxtda yanğın hadisəsi baş verib.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Suraxanı rayonunda ferma ərazisində ümumi sahəsi 2000 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.