Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində güclü külək avtoqəzaya səbəb olub. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Güclü külək səbəbindən piyada, hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin qabağına yıxılıb. Nəticədə o, ağır xəsarətlər alıb.
Piyada xəstəxanaya yerləşdirilib.
15:16 - Yenilənib:
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən piyada xəstəxanada dünyasını dəyişib.