Bakının Yasamal rayonunda bu gün, 13 may tarixində ikinci dəfə intihara cəhd qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, naməlum şəxs beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub. Əməkdaşlar vətəndaşla psixoloji söhbətlər aparıb, və o, özünə qəsd etmək fikrindən daşınıb.
Həmçinin bu gün 31 yaşlı Edqar Qarayev “20 Yanvar” dairəsindəki körpünün üzərinə çıxaraq özünü oradan atmaq istəyib. Yaxınlığında olan polis əməkdaşları və ətrafdakılar onu xilas etmək üçün yaxınlaşanda, Qarayev ülgüclə bədənini doğramağa başlayıb. Bu əməllərə baxmayaraq, polislər onu fikrindən daşındırıblar. Kişi xəstəxanaya çatdırılıb.