Bakıda gənc oğlan bir neçə nəfər tərəfindən döyülüb. Bu haqda 13 may tarixində Report məlumat verib.
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 28 yaşlı Məhərrəm Həsənov küçədə gedərkən tanımadığı bir neçə nəfər ona hücum edib. Gənc oğlan üz və baş nahiyələrinin hematoması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.