Bakıda əcnəbi ölkə vətəndaşının kartından oğurluq edən şəxslər tutulub. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşının kartından 27.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.
Onlar zərərçəkənin kartından istifadə etməklə onlayn alış-veriş saytlarında ödəniş etdiklərini etiraf ediblər.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.