Bu gün, 20 may tarixində yol-nəqliyyat hadisələri nəticəsində 3 piyada xəsarət alıb.
Bakının Yasamal rayonu, 158 saylı məktəbin qarşısında 29 yaşlı Rüstəm Kəngərli yolu keçərkən onu “Mercedes” markalı avtomobil vurub. Yaralı müxtəlif xəsarətlərlə 1 nömrəli şəhər xəstəxanasına çatdırılıb.
Sabunçu rayonu, Zabrat qəsəbəsində 31 yaşlı Bəxtiyar Cabbarovu avtomobil vurub. Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sabunçu rayonu ərazisində daha bir piyada vurulub. 70 yaşlı Mirvari Nəcəfova təcili tibbi yardımın köməkliyi ilə sol qamış sümüyünün və sağ bazu sümüyünün yerdəyişən sınığı ilə xəstəxanaya çatdırılıb. Qadın ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
Hər üç faktla bağlı araşdırma aparılır.