Bakının Buzovna qəsəbəsində bu gün, 13 avqust 16:30 radələrində avtomobil yanıb.
Qəfil alışan “Gelandewagen” markalı avtomobilin mühərrik hissəsi və qismən salonu yararsız hala düşüb. Yanan nəqliyyat vasitəsi söndürülüb. Xəsarət alan yoxdur.
Oxşar hadisə bu gün, 14:00 radələrində qeydə alınmışdı. Sərnişin avtobusunun mühərrik hissəsi alışmışdı.