Bakıda kafedən oğurluq edən şəxs yaxalanıb. Bu haqda 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda mayın 13-ü kafelərin birində Goranboy rayon sakini R.Musayevin mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İ.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.