Bakıda həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı istintaq təcridxanasında məhbus Elmin Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.